İki Şeir

Sayat-Nova

Xal Üstündə Yarana 

Əyər nazlı yarın xalın deyirsən,
Bir xalı cümlə-cahanı bənd etmiş,
Bir xalı bənd etmiş güllü Aranı,
Bir xalı da sevəni bənd etmiş.

Bir xalı bənd etmiş dərin dəryanı,
Bir xalı bənd etmiş dünya binanı,
Bir xalı bənd etmiş Gümüşaxanı,
Bir xalı da mədənini bənd etmiş.

Bir xalı bənd etmiş haram-halalı,
Bir xalı bənd etmiş dağda maralı,
Bir xalı bənd etmiş yaqutu, ləhli,
Bir xalı cəvahir kanı bənd etmiş.

Bir xalı bənd etmiş gelən-gedəni,
Bir xalı bənd etmiş sövdə etdəni,
Bir xalı bənd etmiş Tiflis meydanı,
Bir xalı da, dost, dükanı bənd etmiş.

Bir xalı bənd etmiş göydə ildizi,
Bir xalı bənd etmiş çoxunan azı,
Bir xalı bənd etmiş, aşıqlar, sazı,
Bir xalı da Sayat-Novanı bənd etmiş.



Vücüdnamə

Şükür olsun yaranda, var edən pərvərdiğara,
Ab ikən, torpağ ikən, düşdüm qızıl səməndərə,
Vaxtı ki, bad alışdı qələmdən düşdüm dəftərə,
Həlbət, haqqın buyruğudur düşdüm laməkan şəhərə.

Üç ayım tamam oldu, xəbər oldu nurmadara,
Altı ayım tamam oldu, sığındım qızıl kəmərə,
Doqquz ayım tamam oldu, çağırım mövləm qurtara,
Cansat oldum, aldım qapaz, göz açdım, düşdüm bahara.

Bir ilim tamam oldu, o qüdrət [yağdan aldım],
İki ilim tamam oldu, anamın məməsin atdım,
Üç ilim tamam oldu, ağlayıb [beşikdə] qaldım,
Dörd ilim tamam oldu, gəzdim ayaq basdım yerə.

Beş ilim tamam oldu, dilə geldim həm dəhana,
Altı ilim tamam oldu, urusxat oldu dəndana,
Yeddi ilim tamam oldu, qəsd eylədim abu nana,
Səkkiz ilim tamam oldu, göz açdım düşdüm bahara.

Doqquz ilim tamam oldu, həm olmamışam belu,
On ilim tamam oldu, gəzərəm dəli-dolu,
On bir ilim tamam oldu, çünki olacağam əhlü,
On iki ilim tamam oldu, tapşırdılar ustakara.

On üç ilim tamam oldu, öyrəndim taman sənət,
On dörd ilim tamam oldu, ustama yetirdim xələt,
On beş ilim tamam oldu, mənşür etdim ağu-qara.
On yeddi ilim tamam oldu, helə olmamışam dastan,
On sekkiz ilim tamam oldu, gördüm gülü gülüstan,
On doqquz ilim tamam oldu, gəzdim həbəşü hindistan,
Yirmi ilim tamam oldu, ləhl sataram sövdədara.

Yirmi beşim tamam oldu, girib meydanda süzərəm,
Otuz ilim tamam oldu, əjdaha oldu gəzərəm,
Otuz beşim tamam oldu, hey yazaram hey pozaram,
Qırx ilim tamam oldu, hər şəyim çıxdı təyyara.

Qırx beşim tamam oldu, hər işə oldum xəbərdar,
Əlli ilim tamam oldu, üzümə bəsləndi ar,
Əlli beşim tamam oldu, çox çəkərəm ahu zar,
Altmış ilim tamam oldu, qafil oldu babalara.

Altmış beşim tamam oldu, çox çəkərəm ahu vax,
Yetmiş ilim tamam oldu, gözümdən getdi şəfəq,
Yetmiş beşim tamam oldu, dəliyəm həm də səfəh,
Seksən ilim tamam oldu, payım gətdi məzara.

Seksən beşim tamam oldu, canıma düşdü azar,
Doxsan ilim tamam oldu, özümdən öldüm bəzar,
Doxsan beşim tamam oldu, yetdim min illi kaftara.

Günahkaram həm bəndəyəm, qoyma uzaqlara məni,
Dünya günahsız dim qalır gözləyin Süləmani,
Divan vaxtı yetişəndə kim sovar Sayat-Novanı,
Bu dünya vaqiədir, nə baxırsan ehtibara.